SON XƏBƏR

TDT ölkələri parlamentlərinin səhiyyə komitələri bir araya gələcək

Yanvar 18
11:14 2025
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin parlamentlərinin səhiyyə komitələri bir araya gələcək.

Məqsəd qanunvericiliklə bağlı səhiyyə sahəsində təcrübə mübadiləsi və əlaqələrin daha da gücləndirilməsidir.

Türkiyə Böyük Millət Məclisindən (TBMM) verilən məlumata görə, toplantının bu il yanvarın 22-də baş tutacağı gözlənilir.

Toplantıda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimari Kipr parlamentlərinin səhiyyə komitələrinin nümayəndə heyətləri iştirak edəcək. (modern.az)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook