TBMM Kartalkaya xizək kurortundakı yanğını araşdırmaq üçün komissiya yaradıb
Yanvar 29
02:22
2025
Türkiyə Böyük Millət Məclisi Kartalkaya dağ-xizək kurortundakı hoteldə baş vermiş yanğının səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılması barədə qərar verib.
Komissiya yanğının necə baş verdiyini, təhlükəsizlik tədbirlərinin nə dərəcədə yerinə yetirildiyini və gələcəkdə belə faciələrin qarşısını almaq üçün hansı tədbirlərin görülməsi lazım olduğunu araşdıracaq.
Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məqsəd bu cür hallarda turistlərin və işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün təkliflər hazırlamaqdır.
Komissiya 22 deputatdan ibarətdir və üç ay ərzində hadisənin nəticələri ilə bağlı yekun hesabat təqdim etməlidir.
Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.