SON XƏBƏR

Tbilisidə Rusiya əleyhinə etiraz aksiyası keçirilib

Mart 07
09:17 2016
Martın 6-da Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan Rusiya əleyhinə etiraz aksiyası keçirib.
 
Askiya Rusiyanın Gürcüstandakı keçmiş səfirliyi yerləşən binanın önündə baş tutub. Aksiya iştirakçıları Rusiyanın "Qazprom” şirkəti ilə əməkdaşlığa qarşı petisiya üçün imza toplayıblar.
 
"Milli Vahid Hərəkatı”nın keçirdiyi aksiyanın şüarı "Qazproma Yox!” olub. Aksiya iştirakçıları bildiriblər ki, Rusiya hakimiyyəti öz təbii sərvəti – qazdan istifadə edərək, digər ölkələrə təsir edir.
 
Rusiyanı nəinki Suriya, Ukraynadakı müharibəyə, digər ölkələrdə, eləcə də Azərbaycandakı vəziyyətə görə suçlayıblar.
 
Aksiya iştirakçıları əllərində Rusiyada həbsdə olan ukraynlı qadın hərbçi Nadejda Savcenkoya da azadlıq istəyiblər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook