SON XƏBƏR

Tayvan rəhbərliyi bir aylıq maaşını Türkiyəyə ianə edir

Fevral 09
14:34 2023
Tayvan lideri Tsay İnven və yüksək rütbəli məmurlar Türkiyədə baş verən zəlzələlərdən sonra aparılan xilasetmə işlərinə dəstək üçün bir aylıq maaşlarını bağışlayacaqlar.

Tayvan hökuməti əvvəllər iki milyon dollar yardım edib, tayvanlılar isə hökumətin ianə hesablarına indiyədək 340 000 dollardan çox pul köçürüblər.

Bir müddət əvvəl isə Tayvan Türkiyəyə 130 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu göndərib.

Tayvan lideri Tsay Türkiyəyə çatan ilk komanda ilə videokonfransda Türkiyənin 1999-cu ildə baş verən zəlzələdə Tayvana axtarış-xilasetmə qrupu göndərən ilk ölkə olduğuna diqqət çəkib.

"20 il əvvəl (Tayvanda zəlzələ vaxtı) Türkiyə bizə yardım əlini uzadan ilk ölkə oldu. İndi də biz bu yaxşılığın əvəzini ödəyirik”, - deyib.

Tayvanın xilasetmə dəstəsində olanlar Türkiyəyə 1999-cu ildə göstərdiyi köməyə görə təşəkkür edib, həmçinin bütün resursları və imkanları ilə kömək etməyə hazır olduqlarını vurğulayıblar.

Mənbə: "Anadolu” Agentliyi


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook