SON XƏBƏR

Tatar lider Krımı güc yolu ilə azad etməyə çağırdı

Aprel 26
13:27 2016
Krım tatar Məclisinin lideri, Ali Radanın deputatı Refat Çubarov rəsmi Kiyevi Krımı güc yolu ilə azad etməyə çağırıb.

Avropa.info xəbər verir ki, o, ölkəni hərbi donanmaya diqqəti artırmağa çağırıb. Tatar deputatın fikrincə, Ukrayna Bolqarıstan, Rumıniya, Gürcüstan və Türkiyə ilə Qara dəniz hövzəsində əməkdaşlıq etməlidir. Onun sözlərinə görə, bu ölkələr Ukrayna qədər özləri üçün təhlükə hiss edirlər.

"Düşünürəm ki, NATO daim Qara dənizdə iştirak etməlidir. Bu Rusiyanın arzuolunmaz hərkətlərinin qarşısını alacaq” – Çubarov belə deyib. 
 
Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook