“Tarqovı”da başına daş düşən gəncin müalicəsini edən yoxdur
Noyabr 16
10:27
2021
Bir neçə gün öncə Bakıda baş verən güclü külək zamanı "Tarqovı”da binadan qopan daş parçası orada gəzən gənc qızın başına düşüb və ciddi xəsarət yetirib. 20 yaşlı Diana Şıxəliyevanın ailəsi indi bu hadisəyə görə kimin məsuliyyət daşıdığını, qızın müalicəsi üçün çəkilən xərclərlə bağlı hansı qurumun təzminat ödəyəcəyini sorğulayır.
Ananın sözlərinə görə, hadisədən sonra həmin yerə üz tutanda yerə tökülmüş daşların yığışdırıldığını görüb: "Biz əvvəl elə bilmişdik ki, balkon çöküb. Amma sonra həmin yerə gedib maraqlananda bildik ki, elə nasaz vəziyyətdə olan, yəni yellənən daş küləyin təsiri ilə düşüb. Ora çatanda da gördük ki, yerdə nə daş var, nə də bir şey. Gəlib tez süpürüb təmizləyiblər. Yaxınlıqdakı kafe və mağazalardan bildirdilər ki, bununla bağlı bir neçə dəfə "JEK”ə müraciət etsələr də, məsələ ilə maraqlanan olmayıb. Həmin an qızımın yanında yaxşı ki, rəfiqəsi olub. Hadisə baş verən kimi onu elə yaxınlıqdakı kafeyə aparıblar. Sonra da xəstəxanaya çatdırılıb”.
Zemfira Babayeva onu da iddia edib ki, qızını xəstəxanaya aparsalar da, ödəniş olunmadığı üçün ona baxan olmayıb: "Qızımı özəl xəstəxanalardan birinə aparıblar. Orda da ödəniş edilmədiyi üçün yarasına tikiş atılmayıb. Mən əlaqə saxlayıb dedim ki, yoldayam, siz ilk tibbi yardımı göstərin. Amma gedib çatanda gördüm ki, uşağın yarasına tikiş qoyulmayıb, qanaxması var. Sonra oradan götürüb "Semoşka”ya apardıq, orada tikiş atıldı. Hazırda vəziyyəti pisdir, ürəkbulanması, başgicəllənməsi var. Xəstəxanada yatızdırmağa da imkanımız çatmır, gecəsi 100-150 manatdır”.
Şikayətçi məsələ ilə bağlı dövlət qurumlarına müraciətlər də etdiyini qeyd edib: "Noyabrın 11-i Səbail rayonunun 9-cu Polis Şöbəsinə getdik. Orada bizə deyildi ki, əgər daşı kimsə atsaydı, o zaman biz baxa bilərdik. Amma indiki halda bizlik deyil. Bizə onu da dedi ki, bu, təbii fəlakətdir.
Mən bunu başa düşürəm, amma bu hadisə meşədə baş verməyib. Paytaxtın mərkəzində "Tarqovı”da olub. Bu hadisə bir turistin başına gəlsəydi, o zaman necə olardı? Məsuliyyəti kim daşıyardı? Bizimlə maraqlanan yoxdur. Polis Şöbəsindən də bizi Səbail Rayon Prokurorluğuna yönləndirdilər. Prokurorluğa da müraciət etmişəm”.
Hadisənin hüquqi tərəfləri ilə bağlı hüquqşünas Tural Şükürova müraciət etdik.
Vəkil "Qafqazinfo”ya açıqlamasında bildirdi ki, baş verən hadisə ilə bağlı məsələ Mülki Məcəllənin 1111-ci maddəsi ilə tənzimlənir: "Həmin maddədə göstərilir ki, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur. Amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Yəni binanın başından daş qopub düşərsə, ekspertiza təyin olunur. Tikinti-texniki ekspert də deyir ki, binanın sahibi bunu lazımınca saxlayıb və vaxtı-vaxtında yaranan hər hansı nasazlıqları düzəldib.
Amma qarşısıalınmaz qüvvənin təsirindən daş qoparaq kiminsə başına düşüb. Əvvəlcə yoxlanılmalıdır ki, həqiqətən də bu binanı lazımı səviyyədə nəzarət və texniki qulluq edilir, ya yox. Bir də görürsən ki, binanın hansısa hissəsi zədəlidir, amma heç bir təmir işi aparılmır. Əgər ekspert rəy versə ki, lazımınca saxlanılmayıb və nəticədə daş qoparaq düşüb, o zaman məsuliyyət yaranır. Əgər daş qarşısıalınmaz qüvvənin təsiri ilə qopub düşübsə, o zaman da heç bir məsuliyyətdən söhbət gedə bilməz”.
Zemfira Babayeva "Kriminalqafqaz”a müraciət edərək bildirib ki, qızı Diana Şıxəliyeva "Tarqovı”da gəzən zaman başına binanın balkonundan düşən daş nəticəsində alın nahiyəsindən yaralanıb: "Noyabrın 10-u küləkli havada orada yerləşən üçmərtəbəli binalardan birinin damından qızımın başına daş düşüb. Nəticədə, qızım xəsarət alıb. Alnına düz 18 ədəd tikiş qoyulub. Sonrakı fəsadlarından hələ xəbərsizik. Bilmirəm, qızımın halı necə olacaq”.