SON XƏBƏR

Tarixdən silinməyən Xocalı ağrısı

Fevral 25
12:36 2016
Nəsimi rayonu 54 nömrəli tam orta məktəbdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan H.Sarabski adına mədəniyyət evi ilə birgə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
 
Mədəniyyət evindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, məktəbin direktoru Sahibə Abbasova və başqaları Xocalı faciəsi və onun dəhşətləri barədə danışıblar. Natiqlər Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri və 366-cı motoatıcı rus alayı tərəfindən xalqımıza qarşı törədilən bu qanlı cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərin dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd ediblər.
 
Digər çıxış edənlər də Xocalıda misli görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirildiyini, yüzlərlə insanın girov götürüldüyünü, onlardan 150-sinin taleyinin hələ də naməlum qaldığını diqqətə çatdırıblar. Sonda Azərbaycan Dillər Universitetinin tələbələri və 54 nömrəli məktəbin şagirdləri "Bitsin Xocalı yası!” adlı kompozisiya göstəriblər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook