SON XƏBƏR

Tarixdə ilk dəfə Papa Patriarxla görüşəcək

Fevral 06
16:00 2016
Papa Francis Ptariarx Kirill-lə Kubada tarixi görüş keçirməyi planlaşdırır, Rusiya Provoslav Kilsəsindən bildirilib.
 
Rusiya Provoslav Kilsəsi deyib ki, "xristianların təqibi” görüşün əsas mövzusu olacaq.
 
Papa Francis Meksikaya səfəri ərəfəsində Kubada olacaq. Bu, Papa və Rusiya kilsəsinin rəhbəri arasında ilk görüşüdür. 11-ci əsrdən bəri xristianlıq Qərb və Şərq qollarına ayrılıb.
 
Görüşün Hava hava limanında baş tutacağı deyilir. Görüş zamanı hər iki lider birgə bəyanata imza atacaqlar.
 
Patriarx Kirill Kubaya rəsmi səfərlə gedir.
 
BBC



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook