Tarif Şurasından metroda gediş haqqı ilə bağlı açıqlama
May 15
17:23
2020
Son günlər Bakı metrosunda gediş haqqının qalxması ilə bağlı müxtəlif fikirlər səslənir.
Tarif Şurasından isə bildirilib ki, hazırda Bakı metrosunda gediş haqqının qaldırılması ilə bağlı müzakirə aparılmır:
"Bakı metrosunda gediş haqqının dəyişdirilməsi məsələsi hazırda müzakirə olunmur. Bu barədə Bakı metrosunun rəhbərliyindən Tarif Şurasına müraciət daxil olmayıb", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov jurnalistlərə açıqlamasında sərnişinin daşınma xərcinin 48-56 qəpik arasında dəyişə biləcəyini bildirmişdi. Sədrin sözlərinə görə, hazırda bu rəqəm 52 qəpiyə yaxındır.
Xatırladaq ki, Bakı metrosunda gediş haqqı 30 qəpikdir.



