Tanınmış sabiq prokuror yüksək vəzifəyə təyin edildi

Aprel 07
10:34
2023
Tanınmış sabiq prokuror Tariyel Qurbanova vəzifə verilib.
Vəkil Adəm Məmmədovun verdiyi məlumata görə, Tariyel Qurbanov Müdafiə sənayesi nazirinin müşaviri təyin olunub.
Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Tariyel Qurbanovun 2023-cü il yanvarın 16-da öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.