SON XƏBƏR

Tanınmış modeli vəhşicəsinə döyən Ziya Hüseynzadə kimdir? - FOTO/VİDEO

May 31
15:23 2023
"Softline Azərbaycan” şirkətində direktor vəzifəsində çalışan Ziya Hüseynzadə sevgilisi tanınmış aparıcı, model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Razi Əliyevaya şiddət tətbiq edib, onu şantaj edib.



Bu barədə madel "Instagram” hesabında paylaşım edib.

Məlumata görə, hörmətli iş adamı sayılan, bu günə qədər iqtisadi sahədə müxtəlif yüksək vəzifələrdə çalışan Ziya Hüseynzadə şiddətə meyilli biri olub.

O, hətta evli olduğu halda sevgilisi Razi Əliyevaya 3 dəfə evlilik təklifi edib.

Bundan başqa, o, sevgilisinə şiddət tətbiq edib, döyüb, qapını bağlayaraq evdən çıxmasına qadağa qoyub, hətta onun şəkillərini öz telefonuna köçürərək şantaj edib.



Modelin Ziya Hüseynzadə ilə bağlı paylaşımını təqdim edirik:

"Adsız bir nömrədən gələn ismarışa görə məni döyürdü. Gedib aydınlaşdırırdı, məlum olurdu ki, günahkar deyiləm və üzr istəyirdi. Telefonumu əlimdən alırdı və hamı ilə mənim adımdan yazışırdı ki, kiminləsə danışıb-danışmadığımı öyrənsin, eyni zamanda, bu gün üçün material hazırlayırdı.

Sonra isə hər şeyi silirdi ki, görməyim. Bütün şəkillərimi özünə göndərirdi ki, sonra məni şantaj etsin. Məni evdə bağlayırdı ki, ondan qaça bilməyim. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi, sonra duşa aparıb bütün qanı və öz izlərini yuyurdu. O məni hər şeyə görə döyürdü. Mən isə ondan qaça bilmirdim. Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək.

O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Və əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur”.

Ziya Hüseynzadənin bu günə qədər təhsil aldığı və çalışdığı sahələri təqdim edirik:


 
Qeyd edək ki, Ziya Hüseynzadə "PKF Audit Azerbaijan” ın (PKF Audit Consulting) rəhbəri vəzifəsində olarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq bir neçə ağır cinayət törətməkdə ittiham olunub.
 
Mənbə: Yenicag.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook