SON XƏBƏR

Talış kəndinin ilk sakinləri doğma yurdlarına çatdı - FOTOLAR

Mart 16
16:05 2023
Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk mərhələdə köçürülən ailələr artıq çatıblar.

"Report"un xəbərinə görə, Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçürülüblər.

Ailələri Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb.

Kəndə köçürülən sakinlər hazırda yeni evlərinə yerləşdirilirlər.
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook