SON XƏBƏR

Talıbovlar ailəsi heyvanlar üçün nəzərdə tutulan əti əhaliyə satıb? - ŞOK İDDİA

Yanvar 10
13:31 2023
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq səfiri Vasif Talıbovun ətrafında aparılan antikorrupsiya əməliyyatlarının əhatə dairəsi genişlənir.

"Gununsesi.info"-nun məlumatına görə, yaxın zamanlarda Muxtar Respublikanın daha bir məşhur şəxsi - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Bəxtiyar İsmayılov da həbs olunacaq.

Məlumata görə, Bəxtiyar İsmayılov ətrafında aparılan araşdırmalar zamanı onun yerli sahibkarlardan külli miqdarda "haqq" toplaması və bir sıra başqa qanunsuz əməlləri üzə çıxıb.

"Bu barədə istintaqa kifayət qədər dəlillər təqdim olunub” - deyə, sayta məlumat verən mənbə bildirib. 

Qeyd edib ki, Bəxtiyar İsmayılovun ən böyük qanunsuzluğu onun Braziliyadan gətirilmiş zərərli broyler toyuqlarını "Ləzzət” adı ilə sertifkatlaşdırılmasına və satışına imkan verməsi olub.

Belə ki, Talıbovlar ailəsinin Braziliyadan gətizdirdiyi 10 min ton toyuq əti "Ləzzət” adı ilə satışa çıxarılıb. Bildirilir ki, bu ət, əslində, vəhşi heyvanlar üçün nəzərdə tutulsa da, onu əhaliyə satıblar.

Qeyd edək ki, Bəxtiyar İsmayılov 15 il Naxçıvan MR Statiska Komitəsinin sədri olub, 2015-ci ildən Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri postuna gətirilib.

İddialarla bağlı Bəxtiyar İsmayılovun da mövqeyini dərc etməyə hazırıq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook