Taliban hakimi güllələyib
Mart 28
10:00
2016
Taliban yaraqlıları Əfqanıstanın şərqində vilayət hakimini güllələyiblər.
Qəzni vilayət valisinin sözçüsü martın 27-də deyib ki, Mohammad Anwar Rahmani bir gün öncə qonşu Vardak vilayətində pusquya salınıb və güllələnib.
Rahmani Kabildən Qəzniyə gedirmiş.
Taliban qətlə görə məsuliyyəti üzərinə götürüb.
Əfqanıstanda ədliyyə rəsmiləri tez-tez Talibanın hədəfinə çevrilir.
Qəzni və Vardak vilayətlərinin böyük hissəsinə nəzarət edən yaraqlılar təhlükəsizlik qüvvələrinə hücumları artırıblar ("Azadlıq" radiosu).
Qlobal.az



