“Taliban” Əfqanıstan toylarında canlı musiqini də qadağan etdi
Oktyabr 07
14:59
2021
"Taliban” ölkədə toyların təşkil edilməsi və keçirilmə qaydalarını müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Afghanistan International kanalı verib. Yeni qaydalara görə, şənliklər zamanı canlı musiqinin istifadəsi qadağan olunub.
Afghanistan International-a görə, bu qərar yeni - əvvəllər mövcud olan Qadın İşləri Nazirliyi əvəzinə yaradılmış Yaxşını əmr, günahkarı qadağan edən nazirlik tərəfindən verilib.
Nikah mərasiminə də qadağa tətbiq edilib. Daha yemək masası önündə duaların oxunması ilə nikah bağlamaq olmayacaq. Başqa bir yeni qayda isə qadın və kişilərin tədbir zamanı fərqli otaqlarda olmasıdır.