SON XƏBƏR

TALEH QARAŞOV SABİQ NAZİRƏ CAVAB VERDİ - Lənkərandan reaksiya

Noyabr 01
11:44 2023
Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) sözügedən şəhərdə küçələrin natəmizliyi, həmçinin dilənçilərin sayının çox olmasıyla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Lənkəran ŞİH-dən "AzPolitika.info”-ya verilən məlumata görə, Lənkəran şəhər Qala Xiyabanı küçəsinin zibillənməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə qeyd olunur ki, sözügedən ərazidə otel, Ailə Sağlamlıq Mərkəzi, Dram Teatr və ictimai iaşə obyektləri fəaliyyət göstərir, orada zibilin yandırılması üçün praktiki olaraq hər hansı yer və şərait mövcud deyil və belə halın baş verməsi mümkün deyil:"Şəhər ərazisində dilənçilərin olması ilə bağlı səsləndirilən iddialar isə tamamilə əsassızdır, Lənkəran ərazisində dilənçilərə ümumiyyətlə rast gəlinmir. Eyni zamanda, bildiririk ki, aidiyyəti xidmət idarələri tərəfindən bütün şəhər və rayon ərazisində, eləcə də sözügedən ərazidə mütəmadi zibillərin yığılması həyata keçirilir. Lənkəran ŞİH rayonun bütün ərazisinin səliqə-səhmanına gündəlik fəaliyyət istiqaməti kimi daim ciddi yanaşır və sakinlərimizin rahatlığı üçün bütün mümkün addımları atır”.

"Hazırda şəhərin sözügedən küçəsinin bir hissəsində abadlıq-bərpa və təmir işləri həyata keçirilir. Lənkəran şəhərinə gələn çoxsaylı turistlərin və qonaqların, o cümlədən rayon sakinlərinin gəzinti və istirahəti üçün sözügedən yoldan gündəlik istifadə etdikləri nəzərə alınaraq, eyni zamanda sakinlərimizin istək və arzularına uyğun olaraq hazırda Qala Xiyabanı küçəsində sıradan çıxmış üzlüklər sökülərək yeni mərmər qarışıqlı beton pilitələrlə əvəzlənir. Qeyd edək ki, cari ildə şəhərin küçə və yol kənarlarında 50-ə yaxın yeni zibil qutularının, habelə plastik qablaşdırma tullantıları üçün ayrıca zibil qutularının qoyulması təmin edilib. Bununla belə, bəzi insanlar tərəfindən şəhərin səliqə-səhmanına riayət olunmaması halları müşahidə edilir. Sakinlərimizdən və şəhərimizin qonaqlarından xahiş edirik ki, şəhərimizin təmiz və səliqəli saxlanılmasına ciddi şəkildə riayət etsinlər, xatirladırıq ki, ictimai yerləri zibilləmək, eləcə də ətraf mühitə müxtəlif növ ziyan vurmağa görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur”,-deyə açıqlamada bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook