Taleh Qaraşov rayonda kortejlə gəzir - VİDEO
Fevral 23
11:17
2024
Azərbaycanda icra başçılarının "kiçik padşahlar" adlandırılması havayı deyil.
Rayonlara rəhbərlik edən şəxslərin bir çox hallarda özü üçün kiçik "ölkə" qurduğu, öz qaydalarını qoyduğu, özlərini rəhbərlik etdikləri rayonun "prezidenti" kimi apardıqları sirr deyil. Bu qəbildən görüntülər, məlumatlar çox yayılıb.
Rayonlara rəhbərlik edən şəxslərin bir çox hallarda özü üçün kiçik "ölkə" qurduğu, öz qaydalarını qoyduğu, özlərini rəhbərlik etdikləri rayonun "prezidenti" kimi apardıqları sirr deyil. Bu qəbildən görüntülər, məlumatlar çox yayılıb.
Bu kimi məsələlərlə gündəmə gələnlərdən biri də Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. AFN.az-ın xəbərinə görə, jurnalist Anar Məmmədov T.Qaraşovun Lənkəranda yerləşən "Ay lolo” şadlıq sarayına kortejlə gəldiyini bildirib. A.Məmmədov bunu əks etdirən videogörüntü də paylaşıb. Həmin görüntünü təqdim edirik:
Lənkəran Şəhər İcra hakimiyyəti məsələyə mövqe bildirib. İcra Hakimiyyətinin açıqlamasında deyilir:
"Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısının rayon ərazisində kortejlə gəzməsi barədə "jurnalist”lərdən birinin səsləndirdiyi fikirlər və iddialar tamamilə cəfəngiyatdır. Təqdim olunan video görüntülər ictimaiyyət arasında süni şəkildə dövlət vəzifəli şəxs barədə mənfi fikir formalaşdırmağa xidmət edir. Bildiririk ki, ŞİH başçısının yerlərdə əhali ilə keçirilən səyyar görüş- qəbullara bir qayda olaraq rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri birgə qatılırlar. Belə tədbirlərdən biri də fevral ayının 21-də "Ay lolo” şadlıq sarayında Lənkəran ŞİH başçısının Şiləvar kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirilib. Təqdim olunan görüntülərdən də diqqətli oxucu aydın müşahidə edir ki, icra başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri öz xidməti avtomobillərində hərəkət edərək səyyar görüş-qəbula qatılırlar. İddia olunduğu kimi icra başçısının kortejlə gəzməsi tamamilə absurddur, qərəz, böhtan xarakteri daşıyan və ictimaiyyət arasında narazılığın yaradılmasına xidmət edən əsassız məlumatdır. Bir daha media nümayəndələrini, sosial şəbəkə istifadəçilərini əsası olmayan, şəxsi təxəyyüllərinin məhsulu olan informasiyaları "həqiqət” kimi təqdim etməklə ictimaiyyət arasında çaşqınlıq və narazılıq yaratmamağa dəvət edirik. Lənkəran ŞİH hər zaman mediaya açıqdır və istənilən informasiyanın dəqiqləşdirilməsində maraqlıdır.".
Qlobal.az