SON XƏBƏR

Tale Bağırzadənin səhifəsindəki status narazılıq yaratdı

Noyabr 05
11:07 2015
İlahiyyatçı Tale Bağırzadəyə məxsus olduğu iddia olunan Facebook səhifəsində ilahiyyatçı Elçin Qasımovun olduğu bildirilən status paylaşılıb. Qlobalinfo.az Cebhe.info-ya istinadən xəbər verir ki, status sosial şəbəkədə müzakirə və narazılığa səbəb olub. Belə ki, "Ölkәdә bundan sonra baş verәcәk bütün mәsuliyyәti şәrәfsiz rejim daşıyır. Heç kәsi qınamayın. Bunu özünüz istәdiniz. Qudurğan mәmurcuqlarınıza sahib çıxın. Allah zalımların cәzasını layiqincә verәr”,- deyə statusda yazılıb.
 
Amma statusun Elçin Qasımova aid olması dəqiqləşməyib. Qeyd edək ki, ilahiyyatçı Tale Bağırzadәnin sözügedən səhifəsinə 2 gündür hakerlәr hücumlarının təşkil edildiyi bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook