Tailand və Kambocanın liderləri döyüşləri dayandırmağa razılaşıblar - TRAMP
Dekabr 13
07:04
2025
ABŞ Prezidenti Donald Tramp Tailand və Kambocanın baş nazirləri ilə yaxşı söhbət etdiyini və bunun ardınca hər iki tərəfin bütün düşmənçilikləri dayandırmaq barədə razılığa gəldiyini bildirib.
"Report" xəbər verir ki, bununla bağlı Amerika liderinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım olunub.
O qeyd edib ki, daha əvvəl Tailand hərbçilərinin öldüyü partlayış təsadüfi olub, Tailand isə buna çox sərt cavab verib. Trampın fikrincə, hər iki tərəf sülh və ABŞ ilə gələcək ticarətə hazırdır.
Bununla yanaşı, ABŞ-nin hər iki ölkənin hökuməti ilə təmasları davam etdirəcəyi bildirilib. Məqsəd hərbi toqquşmaların qarşısını almaqdır. Əks halda döyüşlər böyük müharibəyə çevrilə bilərdi.
"Vəziyyəti hücuma məruz qalan yox, razılaşmanı pozan tərəf düzəltməlidir" , - Anutin Çarnvirakul bildirib.



