Tahir Məmmədov Arxitektura Komitəsinin sədrindən çox bilir? - "A-Frame" qadağası...

Fevral 28
13:36
2025
Şamaxı şəhər İcra Hakimiyyəti modern üslublu evlərin tikintisinə rayon ərazisində icazə vermir.
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə Şamaxı icra Hakimiyyətinin tikintisinə icazə vermədiyi evlər əsasən metal və taxta konstruksiyalardan, damı çox zaman üçbucaqlı olan A-Frame tipli evlərdir.
Zəlzələ və turistik zonalar üçün əlverişli olan bu tip evlərin Şamaxıda nə üçün tikintisinə icazə verilmədiyi barədə İcra Hakimiyyəti hansısa əsaslı açıqlama verməyib.
Qərardan narazı qalan vətəndaşlar icra hakimiyyətinin bu addımını sahibkarlığa, turizmin inkişafına vurulan zərbə kimi qiymətləndirir.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında və eləcə də Tikinti Məcəlləsində A-Frame tipli evlərin qadağasını nəzərdə tutan konkret müddəalara rast gəlinmir.
Şamaxı rayon İcra Hakimiyyətinin bu qadağasının hansı qanunlara əsaslandığı bilinmir.
Qlobal.az məsələ ilə bağlı Şamaxı rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.
Xatırladaq ki, Şamaxı rayon icra Hakimiyyətinin başçısı Tahir Məmmədovdur.
O, bu vəzifəyə 2018-ci ildə təyin edilib.
***
Şamaxı rayon İcra Hakimiyyəti məsələyə mövqe bildirib:
Şamaxı rayonu turizm potensialına malik bölgədə yerləşir. Bu potensialın inkişaf etdirilməsi ilə bağlı rayonda irimiqyaslı layihələr həyata keçirilir. Layihələrin icrası zamanı ekosistemin qorunması, eləcə də inşaat işlərində müvafiq memarlıq üslubunun gözlənilməsi ən vacib şərtlərdən biri kimi nəzərə alınır.
Rayon ərazisində tikinti işlərinin aparılması zamanı "Şirvan” memarlıq üslubunun qorunması məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Şamaxı Rayon İcra Hakimiyyəti arasında müvafiq müqavilə imzalanmışdır. Müqaviləyə əsasən inşaat və yenidənqurma işlərinin RİH-in Memarlıq və tikinti şöbəsi tərəfindən təklif olunan layihələrə uyğun aparılması vətəndaşlara tövsiyə olunur. Bu layihə nümunələrini əldə etmək üçün vətəndaşlar RİH-ə müraciət edə bilərlər.
Eyni zamanda qeyd etmək lazımdır ki, lokal ərazilər üçün xüsusi konsepsiyaya uyğun şəkildə layihələndirilmiş və qurulmuş ilk A-şəkilli kotteclərdən ibarət "Sakit Göl” turizm kompleksi də məhz Şamaxıda inşa edilib və belə nümunələr mövcuddur.

Cahandar Laçınlı
Qlobal.az