SON XƏBƏR

"Tabaterra"dan gənc mütəxəssislərin yetişdirilməsi istiqamətində növbəti addım...

Mart 10
17:00 2022
"Tabaterra” QSC Bakı Mühəndislik Universiteti ilə əməkdaşlığı çərçivəsində istedadlı gənc mütəxəssislərin yetişdirilməsi istiqamətində növbəti addım atıb.

Belə ki, şirkət tələbələrin istehsalat sahəsində müasir təcrübi biliklərə yiyələnmələrini həvəsləndirmək məqsədilə "Mexanika mühəndisliyi” ixtisası üzrə yüksək tədris göstəricilərinə malik olan son kurs bakalavr tələbələrinə "3 aylıq ödənişli istehsalat təcrübəsi” keçmək imkanı yaratmışdır.
 
Qeyd edək ki, "Tabaterra” QSC təcrübə proqramını uğurla başa vurmuş namizədlərə daimi iş ilə təmin olunma imkanı yaradır.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook