“Suyumuzu məmurlara verirlər...“ - Saatlılılar yenə aksiya keçirdi
Mart 27
16:48
2023
Martın 27-də Saatlı rayonunun Çolpu kənd sakinləri etiraz aksiyası keçirərək, suvarma suyunun olmamasından şikayət ediblər.
Qlobal.az "Turan"a istinadla xəbər verir ki, onlar rayondakı "Dördyolu" kəsərək, illərdir davam edən su qıtlığı problemini həll etməyi tələb ediblər.
Aksiya polis müdaxiləsi olmadan keçib.
Qlobal.az "Turan"a istinadla xəbər verir ki, onlar rayondakı "Dördyolu" kəsərək, illərdir davam edən su qıtlığı problemini həll etməyi tələb ediblər.
Rayon sakinləri martın 13-də də etiraz aksiyası keçirmişdilər, amma bu aksiya polis tərəfindən dağıdılmışdı. Yerli hakimiyyət problemin həll ediləcəyinə dair vədini yerinə yetirməyib.
Aksiya iştirakçıları bildiriblər ki, əkinləri sulamaq üçün su almaq məcburiyyətindədirlər. "Qonşu kəndlərə su gəlir, bizim suyumuzu isə məmurlara verirlər", deyə etirazçılardan biri bildirib. Onlar dövlət orqanlarının onların problemləri ilə maraqlanmamasından gileyləniblər.