SON XƏBƏR

Susuz qalan Pirsaat su anbarı – VİDEO

Avqust 26
04:05 2021
Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarı susuz qalıb. Bununla bağlı görüntülər Baku TV-nin "Sözsüz” rubrikasında efirə gedib.

Qeyd etmək lazımdır ki, 2014-cü ildə yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olub. O günə qədər rayonunun Pirsaat və Navahı qəsəbələrinin, Rəncbər, Qubalıbalaoğlan, Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi bu anbara toplanan suyun hesabına suvarılırdı.

Eyni zamanda bu hidroqurğu vasitəsi ilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edirdi.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook