Şuşadan 150 erməni əsgərin cəsədi çıxarılıb
Noyabr 16
11:19
2020
150 erməni əsgərin cəsədi Şuşa yaxınlığındakı ərazidən çıxarılıb.
Bu barədə özünü qondarma "Dağlıq Qarabağ respublikası”nın "başçı”sı kimi təqdim Arayik Arutyunyan öz feysbuk səhifəsində məlumat verib.
"Çoxlu insan və ərazi itkiləri yaşadıq. Bunu bir daha bu günlərdə Şuşa ətrafındakı ərazilərdən çıxarılan 150 erməni hərbçinin cəsədləri sübut edir”,- deyə Arutyunyan qeyd edib.
O bildirib ki, yüzlərlə cəsəd hələ də döyüş meydanındadır ki, bu da qurbanların yaxınları və bütün xalq üçün qeyri-müəyyənlik yaradıb.



