Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb
İyun 15
10:34
2022
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda konfrans keçirilir.
"Report"un xəbərinə görə, toplantıda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən hər iki ölkədən olan siyasi partiyaların nümayəndələri iştirak edirlər.
Daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunacaq.
Tədbir Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələri ilə davam etdiriləcək.



