Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası gecə saatlarında davam edir
Dekabr 14
03:05
2022
Hava şəraitinin soyuq olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir.
"Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, etiraz aksiyasının iştirakçıları bu axşam da orada gecələməyə qərar veriblər.
Etiraz aksiyasında səsgücləndiricilər vasitəsilə vətənpərvərlik ruhunda mahnılar səsləndirilir.
Həmçinin aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. Onların mənəvi və psixoloji durumları yüksək səviyyədədir.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.



