Sürüşmə Beynəlxalq Avtovağzala dogru irəliləyir
Oktyabr 13
11:09
2015
Dünən gecə saatlarında Sumqayıt yolunun Bakı istiqamətində olan hissəsində əsas yolda yarıqlar əmələ gəlib. Bundan öncə Avtovağzalın dayanacağında baş verən sürüşmənin təxminən 10 metrliyində olan bu dəfəki təkanda asfalt qatı 3-4 sm aralanıb. Yolun avtovağzala tərəf hissəsi digər hissədən təxminən 3 sm aşağı düşüb.
Ərazi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb. Yol istismar idarəsinin əməkdaşları yarıqlara qır töküblər. Avtomobillərin sürüşmə baş verən hissədən hərəkəti məhdudlaşdırılmayıb
Ərazi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb. Yol istismar idarəsinin əməkdaşları yarıqlara qır töküblər. Avtomobillərin sürüşmə baş verən hissədən hərəkəti məhdudlaşdırılmayıb