SON XƏBƏR

Suriyanın yeni hakimiyyətindən PKK-ya son xəbərdarlıq... - Müzakirə istəkləri rədd edildi

Yanvar 06
13:54 2025
Suriyanın yeni hakimiyyət orqanları ölkənin şimalında yerləşən terrorçu PKK yaraqlılarından qeyd-şərtsiz silahları yerə qoymağı tələb edib. 

"AzPolitika” xəbər verir ki, bu barədə "Hürriyet” qəzetinin məşhur köşə yazarı Əbdülkadir Selvi yazıb.

Müəllif qeyd edib ki, terrorçu təşkilatın nümayəndələri bəzi şərtlər irəli sürməyə cəhd etsələr də, yeni hakimiyyət onların qaldırdığı məsələləri müzakirə belə etməyib, PKK/PYD-nin qeyd-şərtsiz silahı yerə qoymasını tələb edib. 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın silahı yerə qoymaqdan başqa çarəsinin olmadığını bəyan edib. Onun sözlərinə görə, ya yaraqlılar silahlarını torpağa basdıracaqlar, ya da onlarla birlikdə basdırılacaqlar.

"Üçüncü yol yoxdur”, - deyə Türkiyə lideri xəbərdarlıq edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook