Suriyadakı müxalifət qrupları Hələbin mərkəzinə daxil olublar
Noyabr 30
08:51
2024
Suriyadakı müxalifət qruplar Hələb şəhərinin mərkəzinə daxil olub.
Bu barədə "Report” "Haber Global”a istinadən xəbər verir.
Qeyd olunub ki, Hələbin hava limanı uçuşlar üçün bağlanıb. Şəhərdə isə ordu ilə hökümət əlehdarları arasında atışmalar davam edir.
Artıq Hələb şəhərinin Baş Polis İdarəsinin yerləşdiyi inzibati bina müxalif qüvvələri tərəfindən ələ keçirilib. Bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.
"Reuters” isə mənbələrə istinadən bildirib ki, Suriya ordusu Hələb şəhərinə daxil olan və çıxan əsas yolları bağlayıb. Yoxlanış məntəqələrindən yalnız hərbi qulluqçular keçə biləcək.