SON XƏBƏR

Suriyada iki iranlı general məhv edildi

Oktyabr 14
14:57 2015
Onlar Suriyada İŞİD yaraqlılarına qarşı döyüşlərdə iştirak edirdilər

Suriyadakı döyüşlərdə iki iranlı general həlak olub. "Report" xarici KİV-lərə istinadən xəbər verir ki, İslam İnqilabı Mühafizə Korpusundan olan (İİMK) general-mayor Fərşad Hasunizadə və briqada generalı Həmid Möhtərbənd oktyabrın 12-də döyüş zamanı həlak olublar. Onların dəqiq harada həlak olmaları haqqında məlumat verilmir və yalnız o qeyd olunur ki, onlar Suriyada "İslam Dövləti" yaraqlılarına qarşı döyüşlərdə iştirak edirdilər.

Xatırladaq ki, oktyabrın 8-də Suriyada İŞİD yaraqlılarına qarşı Bəşşar Əsəd qüvvələrinə hərbi əməliyyatların təşkilində kömək edən iranlı general Hüseyn Həmədani Hələb yaxınlığında həlak olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook