Suriya ordusunun aviabazalarına raket zərbələri endirilib
Aprel 17
08:36
2018
Suriyanın Hüms əyalətində yerləşən "Şayrat” aviabazasına raket zərbələri endirilib.
APA-nın məlumatına görə, bu barədə yerli SANA agentliyi xəbər verib.
Məlumata görə, Suriya ordusunun havadan müdafiə sistemləri zərbələri dəf edir. Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil. "Al Masdar” portalının məlumatına əsasən, aviabazaya zərbələr İsrail Hərbi-Hava Qüvvələri tərəfindən endirilib.
Qeyd edək ki, ötən ilin aprelində ABŞ-ın Aralıq dənizindəki gəmilərindən "Şayrat” aviabazası istiqamətində 59 "Tomahawk" raketi buraxılıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.