Suriya danışıqlarının yekun raundu Dəməşqdə keçirilə bilər
Mart 18
11:18
2016
Suriya danışıqlarının son raundu və yekun sənədin imzalanması Dəməşqdə keçirilə bilər.
APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə Cenevrədə danışıqlarda iştirak edən nümayəndə heyətlərindəki mənbə bildirib.
"Yekun mərhələ Dəməşqdə keçirilə bilər. Yekun sənədin imzalanması Dəməşqdə baş tutmalıdır. Bu simvolik məna daşıyır, çünki bu Suriya torpağında baş tutacaq”, - deyə mənbə bildirib.
Qlobal.az



