SON XƏBƏR
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..
  • "İsraili təhlükəsizlik sınaqları gözləyir" - Netanyahuİsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar. "Report"un xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu ..
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış etdiBeynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, Vüsalə Babayeva konsert..
  • Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. "Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb. O ..
  • Prezident Misirə getdiPrezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib. ..

Süni intellektin "xaç atası" qorxur: "Bizi məhv edə biləcək şeylər istehsal edirik"

Fevral 25
01:47 2025
Süni intellekt texnologiyaları son illərdə inanılmaz dərəcədə sürətlə inkişaf edib. Lakin bu sahənin öncülləri bu inkişafın mümkün nəticələrindən dərin narahatlıq keçirirlər. Süni intellektin gələcəyi ilə bağlı xəbərdarlıqlar edən elm adamlarının sırasına indi də Yoşua Benqio qoşulub.

Qaynarinfo "Business Insider"ə istinadən xəbər verir ki, yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində çıxış edən Benqio süni intellektin idarəolunmaz hala gəlməsindən narahatlığını ifadə edib. 

Bu il forumun əsas mövzularından biri insan müdaxiləsi olmadan hərəkət edə bilən süni intellekt agentləri olub. Mövzuya həsr olunmuş paneldə alimlər bu texnologiyanın gələcəyi və onun idarə olunmasının yolları haqqında müzakirələr aparıblar.

Paneldə ən çox müzakirə edilən məsələlərdən biri ümumi süni intellekt (AGI) mərhələsinə – yəni maşınların insan səviyyəsində məntiqi düşünmə qabiliyyətinə nə vaxt çatacağına dair proqnozlar olub.

Benqio forum çərçivəsində "Business Insider" nəşrinə verdiyi açıqlamada "AGI və ya süper intellektlə bağlı bütün fəlakət ssenariləri süni intellekt agentlərinin yaradılması ilə gerçək olur" deyib. O, AGI-nin mütləq agentik sistemlər (müstəqil qərar qəbul edə bilən sistemlər) vasitəsilə əldə olunmasının vacib olmadığını bildirib.

Benqio əlavə edib ki, elmi və tibbi sahələrdə süni intellektin tətbiqləri agentik olmadan da inkişaf etdirilə bilər: "Agentik olmayan daha güclü sistemlər yaratmağa davam edə bilərik".
 


Rəqabət qorxusu nəzarətsiz inkişafı stimullaşdırır

Kanadalı alim Benqio dərin öyrənmə və neyron şəbəkələri sahəsindəki araşdırmaları ilə süni intellekt inqilabının əsas memarlarından biridir. O, Coofri Hinton və Yan Lekun ilə birlikdə "süni intellektin ataları" arasında göstərilir. Hinton kimi Benqio da vaxtaşırı süni intellektin potensial təhlükələri barədə xəbərdarlıqlar edir və risklərin qarşısını almaq üçün qlobal səviyyədə birgə fəaliyyətə çağırır.

Son illərdə süni intellekt agentlərini sınaqdan keçirən şirkətlər bu texnologiyaya qoyduqları sərmayənin nəticələrini artıq görməyə başlayıblar. Süni intellektin yaxın gələcəkdə daha geniş miqyasda iş dünyasına inteqrasiya ediləcəyi gözlənilir.

Məsələn, "OpenAI" internetdə istifadəçilər üçün axtarış aparıb otel rezervasiyası edə bilən və ya alış-veriş səbətinə məhsullar əlavə edən yeni bir məhsul təqdim edib. "Google" da oxşar bir xidməti istifadəyə verməyə hazırlaşır.

Benqionun əsas narahatlığı isə insanların bu texnologiyaların təhlükələrinə baxmayaraq, agentik süni intellekt sistemlərini inkişaf etdirməkdə israr etməsidir. Çünki rəqabət aparan şirkətlər və dövlətlər bu sahədə geri qalmaqdan çəkinirlər.

Bununla belə, Benqio ümidverici bir məqamın olduğunu da vurğulayıb: "Yaxşı xəbər odur ki, əgər agentik olmayan sistemlər inşa etsək, onlar agentik sistemləri nəzarət altında saxlamaq üçün istifadə edilə bilər".

O, bu məqsədə çatmağın yollarından birinin daha inkişaf etmiş "nəzarətçi" sistemlər qurmaq olduğunu qeyd edib. Bunun isə ciddi sərmayə tələb etdiyini əlavə edib.

Benqio həmçinin, süni intellekt şirkətlərinin agentik modelləri təhlükəsizlik sübutları olmadan inkişaf etdirməsinin qarşısını almaq üçün milli tənzimləmə mexanizmlərinə ehtiyac olduğunu vurğulayıb.

"Güvənli və bacarıqlı süni intellekt elmi inkişaf etdirə bilər. Lakin risklərin fərqində olmalı, onların haradan qaynaqlandığını elmi cəhətdən başa düşməli və çox gec olmadan bu problemlərin qarşısını almaq üçün texnologiyaya sərmayə qoymalıyıq. Hazırda bizi məhv edə biləcək texnologiyalar yaradırıq", deyə Benqio xəbərdarlıq edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook