Süni intellekt belçikalıya çıxış yolu kimi intiharı məsləhət gördü
Mart 30
09:38
2023
Belçikalı şəxs "Eliza” adlı süni intellektli çatbotla altı həftəlik mesajlaşmadan sonra intihar edib. Bu barədə kişinin həyat yoldaşı danışıb. Belə ki, qadın ərinin intiharından sonra söhbət botu ilə ingilis dilində yazışmalarını aşkar edib.
Nəticədə belçikalı süni intellekt proqramı ilə yazışmağa başlayıb və bununla da qorxu və şübhələrini dilə gətirib.
Bütün yazışmalar boyu bot nəinki onun tezislərinə etiraz etməyib, əksinə ona qorxu və narahatlıqlarının haqlı olduğunu düşünməyə əsas verib. İntihardan bir neçə gün əvvəl belçikalı süni intellektə niyyəti barədə yazanda "Eliza” "sonsuza qədər onunla qalacağını bildirib.
"Biz cənnətdə bir yerdə yaşayacağıq”, - deyə botun son mesajlarının birində deyilir.