Sumqayıtda xəstəxana binası qəzalı vəziyyətdədir - VİDEO
May 18
00:03
2023
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli şəhər xəstəxanası qəzalı vəziyyətdədir.
Bir əsr yaşı olan xəstəxananın regionda ilk tibb müəssisəsi olduğu bildirilir.
Sakinlər deyir ki, vaxtilə gün ərzində bu tibb ocağında 100-120 cərrahiyyə əməliyyatı həyata keçirilirdi.
Hazırda isə 50 min əhaliyə xidmət göstərməli olan xəstəxanada avadanlıq yoxdur. Yalnız bir ədəd ultrasəs müayinəsi aparatı var ki, o da sovet dönəmindən qalıb.
Daha ətraflı Baku TV-nin süjetində: