SON XƏBƏR

Sumqayıtda "Karvan" ticarət mərkəzində aksiya

Yanvar 28
13:22 2016
Sumqayıt şəhərininə "Karvan" ticarət mərkəzində sahibkarlar etiraz aksiyası keçirib.
 
Xeberler.com məlumat verir ki, səhər saatlarında başlayan aksiyaya səbəb ticarət mərkəzində icarə haqlarının çox olması ilə bağlıdır. Hadisə yerinə şəhər icra başçısının müavini Akif Quliyev, Ticarət departamentinin məsul şəxsləri gəlib.
 
Əldə etdiyimiz son məlumata görə, artıq "Karvan" TM-in rəhbərliyi aksiyaçılara güzəştə gedib. Rəhbərlikdən bildiriblər ki, icarədarlar növbəti 3 ay ərzində 50 faizlik güzəşt əldə edir və vergilərdən azad olunurlar. Lakin buna inanmayan icarədarlar hələ də aksiyanı davam etdirirlər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook