Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödənişlərə keçidin iflası
Noyabr 23
23:35
2021
Noyabrın 22-dən Sumqayıt şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin fəaliyyəti qeyri-müəyyən vaxta qədər dayandırılıb.
Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin məlumatına görə, səbəb validatorların işində və kart sistemində mövcud problemlərdir.
2020-ci ilin noyabr ayından etibarən "PAŞA Bank Visa İnterneşınıl” ASC-nin iştirakı ilə "Sumqayıt Nəqliyyat” MMC (Şəhərdaxili və şəhərətrafı sərnişindaşıma dövlət şirkəti) tərəfindən Sumqayıt şəhərində avtobusların ödəniş sistemi pilot rejimdə tətbiq edilir.
Sumqayıt Sərnişindaşıma və Nəqliyyat İdarəsində qeyd edirlər ki, hazırda Bakı Kart gediş kartı ödəniş sisteminin uyğunlaşdırılması istiqamətində işlər aparılır.
Bunun üçün gediş kartında balansı əks etdirmək funksiyası olmayan terminallar bu funksiyaya malik validatorlarla əvəz olunacaq.
Sumqayıt Sərnişindaşıma və Nəqliyyat İdarəsindən bildirilir ki, sərnişinlərin aldıqları plastik kartların balansı eyni ödəniş kartlarına köçürülməklə yenisi ilə əvəzlənəcək. (Turan)
Qlobal.Az