SON XƏBƏR

Sumqayıtda dəhşətli qəza- 6 nəfər həlak oldu

Avqust 30
23:05 2016
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
 
Yol qəzası avqustun 30-da saat 22:20 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.
 
Belə ki, "Volkswagen Passat” markalı "99-DZ-632” dövlət nömrə nişanlı avtomobil "Lada 110” markalı "60-BS-663” dövlət nömrə nişanlı avtomobillə toqquşub.
 
Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerində 3 təcili tibbi yardım briqadası gəlib.
 
Hadisəyə səbəb kimi "Volkswagen Passat”ın Qubadan Bakı istiqamətində hərəkət edən "Lada 110” markalı avtomobilin yoluna çıxması göstərilir.
 
Faktla bağlı araşdırma aparılır. (trend)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook