SON XƏBƏR

Sumqayıtda biabırçılıq: borclu kişinin başına oyun açdılar (VİDEO)

Sentyabr 05
08:46 2017
Sumqayıtda kuryoz hadisə baş verib. Borclu şəxs pulu qaytara bilmədiyi üçün, bir günə yaxın yükqaldıranın zənbilində qalmağa məcbur edilib. Bunlar yaxınlıqda olan sakinlərin gözləri qarşısında baş verib.

Borcu olan şəxsi yük qaldıran maşınla 1 sutka göydə saxladılar. Hadisə təxminən 15 gün əvvəl baş versə də həmin anı əks etdirən foto təzə yayılıb.
 
Kuryoz hadisə Sumqayıt şəhəri 48-ci məhəllədə yük avtomobillərinin saxlandığı ərazidə baş verib. Məlumata görə, yük qaldıran avtomobillərdən birinin sürücüsü ona borcu olan şəxşi həmin əraziyə çagırıb və pulunu istəyib. 30 manatı qaytara bilməyən borclu şəxs sürücü tərəfindən yük qaldıran maşının zənbil hissəsinə mindirilərək hündürlüyə qaldırılıb.
 
Adı bilinməyən həmin şəxs 24 saat göydə saxlanıldıqdan sonra buraxılıb. Yaxınlıqda olan sakinlər də hadisənin baş verdiyini təsdiqləyir.
 
Sakinlər bildirdilər ki, o vaxtdan sonra həmin ərazidə nə borclu olan şəxsi nədə ki, kran sürücüsünü görən olmayıb. "XəzərXəbər” həmin avtomobilin sürücüsü Elxan adlı şəxslə əlaqə saxlayıb, amma o, deyilənlərin yalan oldugunu bildirib.
 
Məsələ ictimailəşdiyindən, yəqin ki, hüquq mühafizə orqanları baş verənlərin doğru olub olmadığını araşdıracaq.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook