Sumqayıta gedən elektrik qatarlarının hərəkət tezliyi artırılıb
Oktyabr 15
22:01
2015
Yüksək tələbat və sərnişinlərin sayının çox olması nəzərə alınaraq, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının tezliyi artırılıb.
"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin məlumatına görə, gün ərzində elektrik qatarları 20 reys – Sumqayıta 10 reys və geriyə 10 reys həyata keçirəcək.
Yeni hərəkət qrafiki oktyabrın 18-dən etibarlı olacaq.