SON XƏBƏR

Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə inklüziv təhsi problemi

Noyabr 27
19:04 2022
I Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil Bəylərov Rafiq İdris oğlu Sumqayıt şəhər 11 №-li tam orta məktəbdə çalışan qızının işdən çıxarılması ilə bağlı dövlət rəhbərliyinə müraciət ünvanlayıb. 
 
Qlobal.az həmin məktubu təqdim edir:
 
"Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Cənablarına
 
Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Xanım Əliyevaya
 
Surəti: "Heydər Əliyev Fondu”nun Vitse-Prezidenti Hörmətli Leyla Xanım Əliyevaya
 
Surəti: Azərbaycan Respublikasının Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədova
 
Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman Səbinə Əliyevaya
 
Surəti: Azərbaycan Respublikasının Baş Naziri Cənab Əli Əsədova

Surəti: Azərbaycan Respublikasının Milli Məclisinin sədri hörmətli Sahibə Qafarovaya
 
Surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab Sahil Babayevə

Surəti: Azərbaycan Respublikasının Milli Məclisinin sədri hörmətli Sahibə Qafarovaya

Surəti: AR Həmkarlar İttifaqları Konfederasiyasının sədri, cənab Səttar Möhbalalyevə

Surəti: Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Cənab Emin Əmrullayevə
 
M Ü R A C İ Ə T


Azərbaycan Respublikasının keçmiş Prezidenti, Mərhum Ümummilli Lider Heydər Əliyev Cənablarının "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi
təhsil) haqqında” 05 iyun 2001-ci ildə, imzaladığı 136-IIQ №-li Qanuna əsasən Ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir. Sumqayıt şəhərində bu pilot layihə 2015-ci ildən 4 və 11 №-li tam orta məktəblərdə tətbiq ediməyə başlanıb. MİQ-lə 23 bal (40 ballıq sistemlə) toplayan qızım Bəylərova Türkanə Rafiq qızı 2012-ci ildən Laçın şəhər 23 №-li orta məktəbdə ingilis dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
 
Sumqayıt şəhər 11 №-li tam orta məktəbdə inklüziv təhsil üzrə müddətsiz əmək müqaviləsi ilə müəllim kömkçisi kimi işə qəbul edilmiş İnsafə Hacıyeva sosial məzuniyyətə çıxdıqdan sonra 18.01.2015-ci ildə qızım onun yerinə inklüziv təhsil üzrə müəllim köməkçisi vəzifəsinə işinə qəbul edilmişdir. 03.06.2017, 23.08.2019-cu ildə övladlarının dünyaya gəldiyindən qızım 23.08.2022-ci il tarixinə kimi sosial məzuniyyətdə olub. Sosial məzuniyyət yerinə inklüziv təhsil üzrə müddətsiz əmək müqaviləsi üzrə müəllim köməkçisi işləmiş İ.Hacıyeva 13.03.2018-ci ildə işdən azad edilib. İnklüziv təhsil layihəsinin Sumqayıt şəhərində bağlandığını iddia edərək qızıma iş verilmir. Hazırda qızım 2022-ci ilin avqust ayından öz hesabına məzunyyətdədir. 
 
Möhtərəm İlham Əliyev Cənabları
 
"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24.11.2003-cü il tarixli Fərman vermişdir. Həmin Fərman əsasında indiyə kimi qəbul edilən bütün Dövlət Proqramlarnda inklüziv təhsilə xüsusi önəm verilir. Cənab Prezidentin 24.10.2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 2-ci istiqaməti xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
 
"2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bu layihənin inkişafı üçün Dövlət Büdcəsindən kifayət qədər maliyyə vəsaiti ayrılıb. Təhsil Nazirliyi, UNİCEF və "Heydər Əliyev Fondu” tərəfindən inklüziv təhsil haqqında dövlət proqramı layihəsi hazırlanıb. İnklüziv təhsilin inkişafı müxtəlif illərdə tərtib edilən Dövlət Proqramlarının ayrılmaz tərkib hissəsidir. 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, qanunvericilik səviyyəsində islahatlar aparılır və müəllim hazırlığı üzrə proqramlar yenilənir. 2022-ci ildə Elm və Təhsil naziri E.Əmrullayev "İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə” əmr imzalayır. 
 
Dövlət Başçımızın xüsusi nəzarətində olan Ölkə üzrə daha da inkişaf etdirilməsi üçün olan Dövlət Proqramına daxil edilən inklüziv təhil layihəsini Sumqayıt şəhərində ləğv etmək xülyasına düşən "qəhrəman” görəsən kimdir ?! Sumqayıt şəhərində İnklüziv təhsilin ləğv edilməsini iddia edən savadsızlara deyirəm : -"inklüziv təhsil, sağlamlıq imkanlarə məhdud uşaqların dövlət siyasətinin mühüm istiqamətlərindən biridir”!
Bu qədər faktlar qarşısında inklüziv təhsil layihəsinin ləğv olunmasını "kor- korənə” iddia etmək zənnimcə ən azından Prezident Sərəncamlarını görməzdən gəlmək və Dövlətin Qanunlarına hörmətsizlikdir. "Kor tutduğunu buraxmadığı kimi” inklüziv təhsil layihəsinin Sumqayıt şəhərində bitməsi barədə məntiqsiz ifadələr işlədənlər, layihənin ləğvi barədə heç bir rəsmi sənədə (Sərəncam, Qərar, Əmr) istinad edə bilməyənlər qızımı həmin ştata qəbul etmirlər.
 
Müzəffər Ali Baş Komandan, Möhtərəm İlham Əliyev Cənabları başda olmaqla Azərbaycan gəncləri ən yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunublar. Mənim qızım bakalavr və magistr dərəcəli ali təhsilli gənc kadrdır. 2022-ci ildə MİQ-dən 68 bal toplayıb. Bu Sumqayıt şəhəri üzrə 5000 nəfər arasında 9-cu yerdir. Himayəsində 2 azyaşlı övladı var. Özüm I Qarabağ müharibəsi iştirakçısı, II qrup əliləm. Qızımdan savayı, Sumqayıt şəhər 11 №-li tam orta məktəbə inklüziv təhsil layihəsi üzrə tərbiyəçi-müəllim köməkçisi kimi işə qəbul edilənlərin hamısı müəllim vəzifəsinə keçirilib.
 
Sizdən xahiş edirəm edirəm qızımın pozulan hüquqlarının bərpası üçün digər müəllim köməkçiləri kimi onun da Sumqayıt şəhər 11 №-li orta məktəbdə və ya Sumqayıt məktəblərinin birinə müddətsiz əmək müaviləsi ilə müəllim vəzifəsinə keçirilməsi üçün bizdən Öz köməkliyinizi əsirgəməyəsiniz.
 
Əvvəlcədən Sizə minnətdarlıq edirəm.

I Qarabağ müharibəsi iştirakçısı,
II qrup əlil və məcburi köçkün Bəylərov Rafiq İdris oğlu
27 noyabr 2022-ci il"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook