Sulutəpədə 328 saylı yeni uşaq bağçası istifadəyə verilmir — sakinlərdən haqlı narazılıq (FOTO)

Oktyabr 06
00:39
2025
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində dövlət tərəfindən təmir olunan 328 saylı uşaq bağçası uzun müddətdir istifadəyə verilmir. Hazırda tam təhvil verilmiş və istifadəyə hazır vəziyyətdə olan bu bağçanın rəsmi olaraq fəaliyyətə başlamaması sakinlər arasında narazılıq və anlaşılmazlıq yaradır.
Elm və Təhsil Nazirliyi tərəfindən müəssisənin açılışı həyata keçirilmir. Bu isə ərazidə məktəbəqədər təhsil müəssisələrinə olan ehtiyacın artırdığı bir vaxtda valideynləri ciddi çətinliklərlə üz-üzə qoyur.
Hazırda Sulutəpə qəsəbəsində uşaq bağçalarına qəbul üçün yer çatışmazlığı problemi var. Bu səbəbdən valideynlər ya uşaqlarını başqa rayonlardakı bağçalara aparmalı olur, ya da xeyli əlavə xərc tələb edən özəl təhsil müəssisələrinə üz tuturlar. Yeni və müasir bağçanın istifadəyə verilməməsi isə vəziyyəti daha da ağırlaşdırır.
Sakinlər bildirirlər ki, bağçanın istifadəyə verilməməsinin səbəbi barədə rəsmi açıqlama yoxdur və bu qərarın nə ilə əlaqəli olduğu anlaşılan deyil. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlardan açıqlama tələb edirlər. Ümid edirlər ki, tezliklə bu bağça istifadəyə veriləcək və uşaqların məktəbəqədər təhsil hüququ daha əlçatan olacaq.
Lakin təəssüf ki, hazırda bu istiqamətdə heç bir addım atılmır. Sakinlərin və valideynlərin narahatlıqlarına baxmayaraq Elm və Təhsil Nazirliyi məsələyə laqeyd yanaşır.

Bu cür fəaliyyətsizlik valideynlərin haqlı narazılığına səbəb olmaqla yanaşı təhsil siyasətində ciddi problemlərin olduğunu da göstərir. Nazirlik dərhal məsuliyyət götürməli, bu müasir bağçanın istifadəyə verilməsi üçün konkret addımlar atmalı və Sulutəpə sakinlərinin haqlı tələblərinə cavab verməlidir. Əks təqdirdə, dövlətin məktəbəqədər təhsil sahəsində yaratdığı imkandan uşaqlar və valideynlər faydalanmaqda çətinlik çəkəcək, bu isə cəmiyyət üçün böyük itki sayılacaq.
Qlobal.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən mövqe öyrənə bilməyib.