Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirib
Dekabr 12
16:10
2022
Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir.
"Report”un əməkdaşı xəbər verir ki, yataqxanalar "Kamaz” markalı yük maşını ilə əraziyə gətirilib.
Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib.
Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər.



