SON XƏBƏR

Süleyman Mikayılov Qaradağda daş qoymadı... - FOTOLAR

İyul 11
20:48 2024
Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində hər gün yük maşınlarında çınqıl daşınır.

Tribunainfo.az-a məlumat verən sakinlərin sözlərinə görə, gündə azı 200 yük maşını Qızıldaş qəsəbəsindən yola düşərək Şamaxı istiqamətinə yollanır.

Sakinlər iddia edirlər ki, Qaradağ rayon icra başçısı Süleyman Mikayılova aid şirkətin yük maşınları qəsəbənin daş-çınqılını hər gün istismar edərək satırlar. Belə ki, Şamaxı istiqamətində çəkilən yol üçün istifadəyə ehtiyac var deyə Qızıldaşın daş-çınqılı həmin əraziyə daşınır.

Ümumiyyətlə, daş-çınqıl yataqlarının istismarı qanunsuzluq faktıdır. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məsələni nəzarətə götürə bilər. Ölkə ərazisində ümumilikdə 134 qum-çınqıl yatağı mövcuddur. Əsasən, şimal bölgəsində-Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir. Ümumilikdə respublika üzrə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir.
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook