Su-30-ların raketləri haradadır? - Erməni deputat hökumətə səsləndi
Noyabr 18
15:57
2020
Ermənistan parlamentinin deputatları hələ müharibədən əvvəl "Su-30 SM” qırıcılarının döyüş hazırlığı məsələsini müzakirə edib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Gevork Qorgisyan deyib.
O bildirib ki, o zaman deputatları həmin təyyarələr üçün raketlərin niyə alınmaması məsələsi maraqlandırmışdı.
Komissiyanın iclasında iştirak edən Müdafiə Nazirliyinin nümayəndələri yaxın zamanlarda qırıcılar üçün raketlərin alınmasının nəzərdə tutulduğunu demişdi.



