SON XƏBƏR

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Xocalı faciəsi ilə bağlı tədbir keçirildi - FOTOLAR

Fevral 26
18:20 2025
Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində  və onun regional idarələrində silsilə tədbirlər keçirilib.
 
Tədbirlər zamanı Agentliyin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar. Eyni zamanda Xocalıdan olan ailələrlə görüşlər keçirilmişdir

Tədbirdə çıxış edən Agentliyin rəisi, general-mayor İlqar Abbasov soyqırım tarixinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və bu faciənin heç vaxt unudulmayacağını qeyd edərək nitqinin sonunda belə vurğulayıb:"44 günlük Vətən müharibəsində, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında, qəhrəman ordumuzun göstərdiyi böyük igidlik və şücaət nəticəsində Xocalı faciəsi qurbanlarının intiqamı alınmış, şəhidlərimizin qanı yerdə qalmamışdır. 2023-cü ilin sentyabr ayında Azərbaycan ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində Xocalı şəhəri düşməndən təmizlənmiş və bu müqəddəs torpaqlarda Azərbaycan bayrağı dalğalanmışdır."
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook