SON XƏBƏR

STP şirkətlər qrupu Türkiyəyə minlərlə ağac ianə etdi

Avqust 09
15:54 2021
Azərbaycanın aparıcı sənaye istehsalçıları və idarəedici müəssisələri birləşdirən STP şirkətlər qrupu biznes fəaliyyəti ilə yanaşı daima sosial proseslərə həssas yanaşır.
 
STP komandası sənaye sektorunda bir daha təşəbbüs göstərərək qardaş Türkiyə dövlətində baş vermiş fəlakəti diqqətsiz qoymayıb. Yanğınların törətdiyi fəsadların tezliklə aradan qaldırılması, meşə fondunun bərpasına töhfə vermək üçün həm STP, həm də onun törəmə şirkətləri olan SOCAR-STP, STP-AH, ASSAN-STP Panel, STP Global Cable, STP Alüminium və STP Metal Structures birləşərək minlərlə ağac ianə ediblər.
 
Qardaş ölkənin tezliklə yanğınların öhdəsindən gəlməsini və gözəl meşə təbiətini bərpa etməsini arzulayırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook