Stoltenberq Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağı vaxtı açıqlayıb
Oktyabr 06
08:34
2021
"Ukrayna və Gürcüstan gec-tez NATO-ya daxil olacaq, lakin bu sabahın məsələsi deyil”.
APA-nın məlumatına görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brukinqs İnstitutu ilə Corctaun Universitetinin birgə təşkil etdiyi onlayn tədbirdə bildirib.
"Bu barədə dünən ABŞ Prezidenti Co Baydenlə danışığım zamanı da demişəm: Səylərimizi artırmalı və NATO-ya qoşulmaq istəyən bu ölkələr üçün daha çox iş görməliyik”, deyə baş katib vurğulayıb.
Stoltenberqin sözlərinə görə, hər iki ölkə NATO-dan daha çox dəstək almalıdır: "Bu ölkələrin korrupsiyaya qarşı mübarizə və lazımi islahatlar aparmaq üçün də köməyə ehtiyacları var. Rusiya da daxil olmaqla, digər ölkələr Gürcüstan və Ukraynanın ittifaqa qoşulmaq istəyinə təsir etməməlidir”.



