SON XƏBƏR

Stoltenberq: “NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır”

Fevral 16
18:36 2017
NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

"Biz kiberhücumların sayının artmasını müşahidə edir, onların bəzilərinin arxasında Rusiyanın durduğunu görürük. 2016-cı ildə NATO-nun kompüter sistemlərinə kiberhücumların sayı 60% artıb”, deyə Y. Stoltenberq bildirib.

Onun sözlərinə görə, kibermüdafiə tədbirləri və NATO ölkələrində müvafiq təlim texnologiyalarının yaradılmasının vacibliyini vurğulayıb: "Çünki kiberhücumlar Alyansın müdafiə qabiliyyətini sarsıda, silahlı qüvvələrimizə isə ziyan vura bilər”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook