Stoltenberq İsveç və Finlandiyanı PKK ilə mübarizədə Türkiyə ilə əməkdaşlığa çağırıb
Noyabr 21
10:47
2022
İsveç və Finlandiya terrorizmlə mübarizə qanunlarını sərtləşdirməli, həmçinin terrorçuluq və PKK kimi terror təşkilatları ilə mübarizədə NATO, o cümlədən Türkiyə ilə əməkdaşlığı genişləndirməlidir.
"Antiterror qanunvericiliyinin sərtləşdirilməsi, terrorçuluqla mübarizədə əməkdaşlığın artırılması və silah ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması vacibdir. Türkiyə üçün bu vacibdir, çünki Türkiyə NATO-nun terror hücumlarından ən çox zərər çəkmiş ölkəsidir və bu səbəbdən narahatdır. Bu, mütənasib olmalıdır, lakin Türkiyənin terror hücumlarına qarşı özünümüdafiə haqqı var”, - Alyansın rəhbəri vurğulayıb.
Stoltenberq İsveç və Finlandiyanın üzvlük ərizələrinin ratifikasiyasının uzun müddət çəkməsini "normal” adlandırıb. O vurğulayıb ki, 30 üzv dövlətdən 28-i artıq bunu edib: "Bu dəfə hər şeyin belə sürətlə getməsi normal deyil”.



